Bakıda 2 bacı dəm qazından boğulub öldü

15 Aprel 2020 09:47 (UTC+04:00)

Bakıda iki nəfər dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Gəncə Prospekti ev 34, mənzil 4-də baş verib.

Həmin ünvanda kirayəşin kimi yaşayan, Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərləniblər. Mənzildə onların meyitləri aşkar edilib.

Məlumata görə, hər iki qız Bakıda fəaliyyət göstərən "Food İNİ" reklam şirkətində çalışıblar.

Faktla bağlı araşdırma aparılır.