Ermənistanda koronavirusa yoluxanların sayı artdı

15 Aprel 2020 11:20 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 1 111-ə çatıb.

Mövqe.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.

Bildirilib ki, son sutkada COVID-19-a daha 26 nəfər yoluxub.

Məlumata görə, Ermənistanda indiyədək 16 nəfər koronavirusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 781 nəfəri sağalıb, 126 776 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.