Telekanallarda özəl tibb müəssisələrinin reklamına nəzarət güclənəcək

10 İyul 2013 19:07 (UTC+04:00)

"Telekanallarda özəl tibb müəssisələrinin reklamına nəzarət güclənəcək. Amma bu "Reklam  Haqqında" qanuna ediləcək dəyişiklik qüvvəyə minəndən sonra mümkün olacaq". Bu sözləri Movqe.az –a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov söyləyib. T. Dadaşovun sözlərinə görə, qanuna dəyişiklikdən sonra reklamına icazə verilən özəl tibb müəssisələrinin siyahısı MTRŞ-ya göndərilməlidir: "Qanuna dəyişiklik qüvvəyə minəndən sonra telekanallarda gizli reklamların da qarşısı alınacaq".

Qeyd edək ki,  "Reklam haqqında" qanuna təklif olunan dəyişikliyə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməldir.