Pirallahı Rayon İcra Hakimiyyəti yardıma ehtiyacı olan ailələrin yanındadır

15 Aprel 2020 15:14 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən Bakı şəhəri və onun rayonları o cümlədən Pirallahı rayonu çox sürətlə inkişaf etmişdir. Rayondakı bütün təhsil müəssisələri , səhiyyə ocaqları və digər sosial obyektlər yenidən qurulmuş və geniş miqyaslı tikinti-abadlıq işləri həyata keçirilmişdir.

Mövqe.az-ın məlumatına görə, rayon ərazisində yaradılmış sənaye Parkında açılmış istehsal sahələrində yeni iş yerləri yaradılmışdır.Rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binalarda yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində ayrılmış 6,5 hektar ərazidə 28 çoxmərtəbəli binadan ibarət 807 mənzildən ibarət yeni yaşayış kompleksi inşa edilir. 2019- cu ildə Pirallahı rayonu ərazisində məskunlaşan 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi istifadəyə verilmişdir. Açlış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir.

Koronavirus “Covid-19” virusuna qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən bütün respublika ərazisində olduğu kimi Pirallahı rayonunda da aztəmnatlı ailələrə ərzaq yardımları, işsizlik statusu olan vətəndaşlara birdəfəlik ödəmələr, tənha yaşayan və yardıma ehtiyyacı olan 65 yaşdan yuxarı şəxslərə mütəmadi ərzaq, maddi köməkliklər və sosial könüllü xidmətləri göstərilir. O cümlədən Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 430-dan çox aztəminatlı ailəyə, yaşı 65-dən çox olan kimsəsiz tənha yaşayan insanlara ərzaq və maliyyə yardımları göstərilmiş, 15 nəfər könüllülərdən ibarət yaradılmış mobil qrup tərəfindən gündəlik təlabat məhsullarının alınaraq ünvanlara çatdırılması kimi sosial xidmətlər gösətərilməkdədir.

Çox təəsüflər osun ki, son zamanlar “Covid-19” virusunun yayılmasını əsas tutaraq bəzi “xeyriyyəçilər” müxtəlif mənbələrdən bəhrələnərək yardım və köməklik adı altında özlərini təbliğ etməyə çalışırlar və sosial şəbəkələrdə bu barədə məlumatlar yeləşdirirlər.

Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşmışdır. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunmuş, yaranmış borclar ödənilmişdir. Ailəyə mütəmadi olaraq ərzaq və maliyyə yardımları edilməkdədir.

Şaharovlar Ailəsinin 2 üzvü - Şaharova Nisə İman qız və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin edilmişlər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərmişdir. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilkdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur.Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir.
Az öncə özünü qeyd etdiyimiz “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı sosial şəbəkələrdə bildirir ki, guya o bu ailəyə köməklik göstərmək istəyir ancaq yerli icra hakimiyyəti ona mane olur. Əslində vəziyyət belə deyil. Rayon İcra Hakimiyyəti yardıma ehtiyacı olan vətəndaşlara hərtərəfli köməklik göstərməklə yanaşı digər fiziki və hüquqi şəxslərin belə köməkliklər etməsinə hər cür şərait yaratməşdır.

Yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlöv insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları Yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq yolverilməzdir.

Vətəndaşlara müraciət edərək bildiririk ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır!