"Görün, xanımdan nə çəkirəm" - 73 yaşlı Səməd

15 Aprel 2020 15:30 (UTC+04:00)

"Nəvələrim Rusiyada, bacım İngiltərədə, yoldaşımın bir bacısı Kanadada, digəri İstanbulda qalıb. Vəziyyət acınacaqlıdır. Mən də xanımla bağda otururam. Əkib-becərirəm, mayın sonu tərəvəzlər bağdan olacaq".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Səni axtarıram" verilişinə açıqlamasında deyib. 73 yaşlı müğənni həyat yoldaşı İradə xanımla kamera qarşısına keçib. O, karantin günlərini necə keçirməsindən bəhs edib:

"Arvaddan boğaza yığmışam. Gələn il bu vaxt sağ qalsaq 45 illik yubileyimiz olcaq. Görün, mən yazıq nə çəkirəm".