Azərbaycan çempionatının yeni tarixi açıqlandı

15 Aprel 2020 16:08 (UTC+04:00)

Şose velosipedinin fərdi və qrup ötüşməsi üzrə Elit və U23 kateqoriyalı idmançılar arasında Azərbaycan çempionatının vaxtı bəlli olub.  

Mövqe.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar çıxarıb.

Qurum bildirib ki, milli federasiyaların təşkil etdiyi yerli çempionatlar 22-23 avqustda olacaq. UCI beynəlxalq turnirləri iyulun 1-dək, nüfuzlu dünya turu yarışlarını isə avqustun 1-dək təxirə salıb. 

 Qeyd edək ki, Azərbaycan çempionatı 14 - 21 iyunda İsmayıllıda keçirilməli idi.