Koronavirusdan ölənlərin dəfn xərclərini dövlət ödəyir - RƏSMİ

15 Aprel 2020 17:56 (UTC+04:00)

Koronavorusdan vəfat edən şəxslərin dəfn xərci dövlət hesabına ödənilir. 

Mövqe.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, xəstəxanlarda digər xəstəliklərdən vəfat edən şəxslərin də dəfni ilə bağlı hər hansı problem qeydə alınmayıb və lazım olan bütün addımlar atılır.