ADAU TV də online keçilən dərslərin sayı 150 oldu

16 Aprel 2020 10:47 (UTC+04:00)

Koronavirus infeksiyası ilə bağlı ölkənin təhsil sistemində fasilələr yaranıb. Amma mart ayının 16-dan ölkəmizdə online tədrisə ilk başlayan Azərbaycan Dövlət Aqrar Universitetinin professor və müəllimləri olub və tədrisi online davam etdirib, yaranan fasilədən tələbələrin təhsildən yararlanmağını təmin edə bilib.
Bir neçə gün əvvəl xəbər vermişdik ki, ADAU-da 100-cü dərs keçilib. Bu gün isə bu say yeni tədris ilində yaradılan ADAU TV vasitəsilə 150-yə çatıb. 150-ci dərsi "Vergitutmanın iqtisadi mahiyyəti" mövzusunda Məhərrəm Hüseynov keçdi.
ADAU TV vasitəsilə yayımlanan mühazirələrə baxış sayı da çox uğurlu nəticələrdən xəbər verir. Ən əsası tələbələr hər mühazirəni maraqla dinləyir və mühazirəçiyə mövzuya uyğun suallar ünvanlayırlar. Gün ərzində yayımlanan 6-7 mühazirə isə tədris proqramına uyğun aparılır. Beləcə ADAU-da təhsilin kənardan idarə edilməsi nəticəsində boşluqlar aradan qaldırılır və tədris proqrama uyğun davam etdirilir.
Universitetin facebook səhifəsi üzərindən, eləcə də ADAU TV vasitəsilə yayımlanan bu dərslər karantin müddəti başa çatanadək davam edəcək.

Əlihüseyn Şükürov