Ermənistanda koronavirusdan daha bir nəfər ölüb

16 Aprel 2020 11:25 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 1 159-a çatıb.

 Mövqe.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.

Məlumata görə, son sutkada ölkədə virusa 48 yoluxma halı qeydə alınıb. Ötən gün koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 18-yə yüksəlib. 358 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Məlumata görə, yeni ölən 73 yaşlı şəxsin ikitərəfli pnevmoniyası, həmçinin müxtəlif xronik xəstəlikləri olub. Hazırda ölkədə 783 nəfər aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 243 nəfəri sağalıb, 134 677 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.