Binəqədidə ölümlə nəticələnən yol qəzası olub

16 Aprel 2020 14:22 (UTC+04:00)

Binəqədi rayonununda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, aprelin 15-də saat 17 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.