Qusar sakini itkin düşdü

16 Aprel 2020 14:37 (UTC+04:00)

Qusar rayon sakininin itkin düşməsi barədə polisə məlumat daxil olub.

Mövqe.az-ın xəbərinə görə, hadisə aprelin 12-də qeydə alınıb.

Belə ki, rayon sakini Ç.Əkbərova Qusar Rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı, 1962-ci il təvəllüdlü Malik Novruzovun evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib.

Daha sonra bu barədə Qusar rayon Prokurorluğuna da məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Novruzov həyat yoldaşı ilə Qusar rayonunun E.İbrahimov küçəsi, ev 244 ünvannda birlikdə yaşayıb. Həmin müddət ərzində onların hər hansı şəxslərlə düşmənçilik münasibətləri olmayıb.

Məlum olub ki, M.Novruzov daha əvvəl də yaşadığı evdən naməlum istiqamətə xəbərsiz çıxaraq gedib və bir müddət sonra geri qayıdıb.

Araşdırmalar davam etdirilir.