Daha bir klub maaşları azaltmağa qərar verdi

16 Aprel 2020 14:44 (UTC+04:00)

İtaliyanın Parma klubu koronavirus pandemiyasına görə maaşları azaltmağa qərar verib.

Goal.az xəbər verir ki, klub komandadaxili səsvermədən sonra belə qərarın qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, İtaliyada daha öncə Juventus maaşları azaltmışdı.