Yasamalda 3 ailənin yaşadığı evdə yanğın olub

16 Aprel 2020 22:11 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 80 m² olan, bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən birinin yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.