Mehriban Əliyeva Gürcüstana minnətdarlıq etdi

17 Aprel 2020 00:21 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Gürcüstanın Azərbaycanla həmrəyliyi çərçivəsində Tbilisidə teleqüllənin Azərbaycan bayrağı ilə işıqlandırılması ilə bağlı paylaşım edilib.

Mövqe.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında deyilir:

"Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!"