Gürcüstanda minik avtomobillərin hərəkətinə tamamilə qadağa qoyulub

17 Aprel 2020 09:15 (UTC+04:00)

Gürcüstanda aprelin 17-si saat 00:00-dan aprelin 21-dək minik avtomobillərin hərəkəti tamamilə qadağandır.

Trend-in gürcü KİV-lərinə istinadən verdiyi məlumata görə, bu qərarı ölkənin koronavirusun yayılmasına nəzarət üzrə Koordinasiya Şurası verib.