Sabah Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək

17 Aprel 2020 10:35 (UTC+04:00)

Sabah Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək.

Mövqe.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə, aprelin 18-də, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.