"BakuBus"da dezinfeksiya kabinası quraşdırlıb

17 Aprel 2020 11:16 (UTC+04:00)

İctimai nəqliyyatda görülən əks-epidemik tədbirlər çərçivəsində “BakuBus” MMC-də dezinfeksiya kabinası quraşdırılıb. 

Bu barədə Mövqe.az-a Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, məqsəd gündəlik minlərlə sərnişinin daşınmasını həyata keçirən sürücülərin və istehsalat bazasında çalışan digər əməkdaşlar arasında yoluxma halını minimuma endirməkdir.

"Bir daha vətəndaşlarımıza tövsiyə edirik ki, xüsusi karantin rejimi qaydalarına əməl etsinlər. Xahiş edirik ki, ciddi zəruriyyət yaranmadığı təqdirdə evdən çıxmasınlar", - agentlik bəyan edib.