Siyavuş Novruzov: “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun qəbul olunmalıdır"

17 Aprel 2020 11:48 (UTC+04:00)

“Bələdiyyələrdə yuxarı qurum yoxdur. Onlar seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərirlər”.

Mövqe.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda şəffaf bələdiyyə seçkiləri keçirilib: “Bildiyiniz kimi, Azərbaycanda 125 seçki dairəsi var. Amma həmin dairələrdən 118-də bələdiyyə seçkiləri keçirilir. 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Bir milyondan çox insan özünün seçki hüququndan istifadə edə bilmir”.

Komitə sədri “Bələdiyyə seçkiləri haqqında” ayrıca qanun layihəsinin qəbul edilməsini vacib sayıb: “Hesab edirəm ki, bələdiyyə seçkiləri ilə bağlı məsələ Seçki Məcəlləsindən çıxarılmalıdır”.