Gömrükçülər nar yükünün altında gizlədilən tütün məmulatları aşkarladı (FOTO)

17 Aprel 2020 14:28 (UTC+04:00)

Gömrükçülər nar yükünün altında gizlədilən tütün məmulatları aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor, limon və nar yüklü vaqona Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunda baxış keçirilib.

Yoxlama zamanı 24 ədəd nar yüklü qutunun altından gömrük nəzarətindən gizlədilən şüşə və dəmir qablarda müxtəlif markalı, ümumilikdə 1798 ədəd qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.