Azərbaycanla Niderland arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi

17 Aprel 2020 15:45 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Mövqe.az-ın məlumatına görə, Fərmanda qeyd edilir:

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında 2020-ci il yanvarın 22-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Niderland Krallığı Hökumətinə bildiriş göndərsin.