39 yaşlı kişi su anbarında boğularaq öldü

17 Aprel 2020 22:25 (UTC+04:00)

Qazax rayonunda yerli sakin göldə boğularaq ölüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1981-ci il təvəllüdlü Mübariz Yaqub oğlu Ömərov rayonun Bala Cəfərli kəndindəki Ağstafaçay Hidroqovuşağının su anbarında boğularaq ölüb.

Onun meyiti göldən çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.