Verner Premyer Liqa nəhəngi ilə anlaşdı

17 Aprel 2020 23:29 (UTC+04:00)

Leipzig-in hücumçusu Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, futbolçu Liverpool-un maraq dairəsindədir.

Bu yaxınlarda "qırmızılar"ın baş məşqçisi Yurgen Kloppun oyunçu ilə görüşmək istədiyi bildirilmişdi. Almaniyalı mütəxəssis həmyerlisini heyətə cəlb etmək istəyir. Bu gün isə nüfuzlu Bild nəşri tərəflərin razılaşdığını yazıb. Rəsmi açıqlamanın isə mövsüm tamamlananda veriləcəyi qeyd edilib.

Qeyd edək ki, 24 yaşlı forvard daha öncə Kloppun rəhbərliyində çalışmaq istədiyini açıqlayıb. (Matc.az)