Qusarda fərdi evdə yanğın baş verib

19 Aprel 2020 23:25 (UTC+04:00)

Qusar rayonunda ümumi sahəsi 100 m² olan mansarda tipli birmərtəbəli evin mansardasının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Mövqe.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.