Biləsuvarda iki avtomobil toqquşdu, xəsarət alan var

20 Aprel 2020 09:30 (UTC+04:00)

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində “NAZ” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “NAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.