BANM-də onlayn imtahanlara start verildi

20 Aprel 2020 11:33 (UTC+04:00)

Bakı Ali Neft Məktəbində 2019/2020-ci tədris ilinin yaz smesterinin bütün dərslərini başa vuran tələbələr üçün final imtahanı onlayn qaydada təşkil edilib.

Bu barədə Mövqe.az-a Ali Məktəbdən məlumat verilib. 

Qeyd olunub ki, ilk olaraq final imtahanları Neft-Qaz mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib. 

“Mülki müdafiədə tibbi yardımın əsasları” fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. 3 saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

İmtahanlar LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.