Gəncədə narkotik satanlar saxlanıldı

20 Aprel 2020 13:00 (UTC+04:00)

Gəncədə heroin və metamfetamin satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında Gəncə şəhəri ərazisində əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Salyan rayon sakini M.Əliyev və Bakı şəhər sakini R.Mehdiyev 533 qrama yaxın heroini və 505 qramdan artıq metamfetamini satarkən saxlanılıblar.

Davam etdirilən tədbirlərlə R.Mehdiyevin Salyan şəhəri ərazisindəki evinə baxış zamanı oradan əlavə olaraq 625 qramdan artıq heroin və 372 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.