Metro nə vaxt açılacaq?

20 Aprel 2020 14:00 (UTC+04:00)

Metronun fəaliyyətini yenidən bərpa etməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılıdır.

Bu sözləri Axar.az-a Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq müvəqqəti olaraq fəaliyyəti dayandırılmış metronun yenidən fəaıliyyətə başlamasından danışarkən deyib.

B.Məmmədov bildirib ki, Bakı Metropoliteni özü qərar vermək səlahiyyətində deyil:

“Metropolitendə işlər hazırda minimal tələblər səviyyəsində qurulub. İnfastrukturun qorunub saxlanması, metronun mühafizəsi, texnoloji proseslərə və texniki istismar qaydalarına uyğun olaraq bir sıra işlər həyata keçirilir. Hazırda əsas iş budur”.

Xatırladaq ki, əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılmışdı. Xüsusi karantin rejiminin müddəti 4 may saat 00:00-a qədər uzadılıb.