Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın Ağ Evdə təşkil edilən bir fəaliyyətdə "ən sevdiyi yeməyin" brokoli olduğunu söyləməsi gülüş doğurub. Ağ Ev, əsrin epidemiya xəstəliyi olaraq təyin olunan piylənməyə diqqət çəkmək üçün ötən gün ibtidai təhsil çağındakı uşaqlara tərəvəz və meyvə menyusundan ibarət olan axşam yeməyi verib. Fəaliyyətdə, Obama, "first lady" Mişel Obamanın, piylənmə ilə mübarizə kampaniyası çərçivəsində təşkil edilən sağlam resept yarışmasını qazanan 54 uşağı qonaq edib. Fast food düşkünlüyü ilə bilinən, hamburger yeyərkən çəkilən bir çox fotoşəkili olan Obama, yeməkdə "ən sevdiyiniz yemək nədir?" sualına isə "brokoli" deyə cavabını verib. Obamanın brokoli cavabı Tvitterda qısa müddətdə top trend olub, "Baraccoli Obama", "Son dəqiqə, Venezuela, Amerika brokolisinə yardım təklif etdi", "Obamanın sevimli işi uşaqlara yalan danışmaqdır" tvitləri atılıb. Amerika Tibb Dərnəyinin (AMA) açıqladığı son məlumatlara görə, ölkədəki yetkin əhalinin 35 faizi piylənmədən əziyyət çəkir. 2030-cu ilə qədər hər iki Amerikalıdan birinin piylənmə xəstəliyinə tutulacağı deyilir.