Masallı rayonunda onlayn qaydada “Breyn rinq ” İntellektul yarışı keçirilmişdir

20 Aprel 2020 14:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə gənclər arasında fərdi olaraq onlayn qaydada “Breyn rinq” intellektual bilik yarışı keçiriləcək

 Whatsapp vasitəsi ilə keçirilən onlayn oyununun  əsas məqsədi xüsusi karantin dövründə gənclərin  asudə vaxtlarının səmərəli təşkili, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bədlərinin   rayonumuzda icrasını təmin etməkdir.

      Fərdi qaydada keçirilən onlayn yarışda gəclərdən Cəbiyev Şamxal  40 xal toplayaraq birinci yerə ,İbrahimov Qadir 12 xal toplayaraq ikinci yerə, Xəlilov Murad 9 xal toplayaraq üçüncü yerə layiq görülmüşlər .

     Onlayn qaydada keçirilən oyunda qalib gəlmiş gənclər  Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.

Əlihüseyn Şükürov