Prezident bu qurumun nizamnaməsini dəyişdi

20 Aprel 2020 15:02 (UTC+04:00)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) nizamnaməsinə dəyişiklik edilərək onun Müşahidə Şurasının üzvlərinin sayı 4-dən 6-ya çatdırılıb. 

Mövqe.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, dövlət başçısı ASK-nın yaradılması haqqında 6 noyabr 2017-cil tarixli və nizamnaməsinin təsdiq edilməsi haqqında 4 dekabr 2017-ci il tarixli fərmanlarına dəyişiklik edib.