"Çempionluq Barcelona-ya verilməlidir, buna layiqik"

20 Aprel 2020 15:32 (UTC+04:00)

Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiç La Liqanın gələcəyi barədə danışıb.

Goal.az xəbər verir ki, o, mövsüm başa çatmasa, çempionluğun Kataloniya klubuna verilməli olduğunu bildirib:

"Hamımız yenidən oynamaq və meydanda çempion olmaq istəyirik. Ancaq mövsüm bərpa olunmasa, Barcelona qalib elan olunmalıdır. Əgər zirvədəyiksə, buna layiqik”.

La Liqa koronavirus pandemiyası səbəbindən dayanıb. Çempionat mayın sonu və ya iyunun əvvəlində davam edə bilər.

Hazırda Barcelona Real Madrid-i 2 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq etdi. (Sportinfo)