56 yaşlı qadın spirtdən zəhərlənib öldü

20 Aprel 2020 15:42 (UTC+04:00)

Bakıda qadın spirtdən zəhərlənərək ölüb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda baş verib. Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllə, ev 34/1 ünvanında yaşayan 1964-cü il təvəllüdlü İvleva Yelena Vladimirovna evdə metil spirti (tibbi spirt) içərək zəhərlənib.

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.