Rusiyada koronavirus xəstəsi polisi bıçaqladı

20 Aprel 2020 15:55 (UTC+04:00)

Rusiyanın Yekaterinburq şəhərində koronavirusa yoluxmuş xəstə polis əməkdaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, həmin şəxs xəstəxanaya getməkdən imtina etdiyi üçün polisə çağırılıb.

Bu zaman polisə müqavimət göstərən xəstə ona bıçaq zərbəsi endirib.

Polis əməkdaşı çiynindən xəsarət alıb. Hücum edən şəxs saxlanılıb və xüsusi xəstəxanaya yerləşdirilib.