14 aylıq körpə atasına maşın aldı

11 İyul 2013 16:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-ın Portland şəhərində yaşayan bir ailənin 14 aylıq kiçik qızı atasına özüdə bilmədən bir avtomobil satın alıb. Atasının ağıllı telefonu ilə oynayarkən, səhvən avtomobil satın alan 14 aylıq qız uşağı qarışıqlıq yaradıb. Ağıllı telefon və tablet kompüter kimi texnoloji cihazların gündəlik həyatımızı olduqca asanlaşdırdığı danılmaz bir həqiqətdir. Lakin texnologiyayla bu qədər yaxın olmaq, bəzi istənməyən vəziyyətlərə də səbəb verə bilir. ABŞ-ın Portland şəhərində yaşayan bir ailənin 14 aylıq kiçik qızı, atasının cib telefonundakı eBay tətbiqini qurdalayarkən, səhvən 1962 model klassik bir Austin Healey Sprite avtomobil satın alıb. Hadisələrdən xəbərsiz olan  kiçik qızın atası hər nə qədər çaş-baş qalsa da, avtomobili geri qaytarmayacağını deyib. Hətta qızının bilmədən etdiyi bu jesti qarşılıqsız qoymayacağını ifadə edən ata, avtomobilin şəklini dəyişdirərək qızının 16 yaşında ona yenidən hədiyyə edəcəyini söyləyib. Hadisənin yeganə sevindirici tərəfinin səhvən satın alınan vasitənin yalnız 200 dollar dəyərində olması olub.