"Qaynaqsız, saçı uzun, təbii kirpikli, qoçaq gəlin istəyirəm"

20 Aprel 2020 22:15 (UTC+04:00)

Mövqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Evdəkilərə salam" verilişində deyib. Müğənni karantin günlərini necə keçirməsindən danışıb.

Kərimova bildirib ki, oğlu Rəşadı evləndirmək istəyir:

"Bunu çox arzulayıram. Ən böyük istəyim indi odur. Çox yorulmuşam, istəyirəm evlənsin, dincəlim. Hər dəfə belə söhbət düşəndə, deyirəm ki, müğənni gəlin istəmirəm. Məni daş-qalaq edirlər. Özüm, qardaşımın qızı müğənnidir. Bu işin çətinliyini görürəm. İstəyirəm gəlinim evdə olsun. Bir oğlum var, nə edim? Gəlinim, evdə otursun. Qoçaq, gözəl, saçı uzun, qaynaqsız, təbii dırnaq, kirpikli gəlin istəyirəm".

Müğənni yeni evindən söz açıb. O bildirib ki, villası dənizə yaxın yerdə yerləşir:

"Yeni evimə karantindən 1 həftə əvvəl köçdüm. Dənizi çox sevirəm, ona görə də evim dənizə yaxındır. Bu evdə yaşayırıq, rahat olsa, daimi qalacam. Olmasa köçəcəm.

Başa düşə bilmirəm ki, niyə sənət adamlarını evsiz, pis gündə görmək istəyirlər? Əvvəl müğənninin evini görəndə sevinirikdik. Niyə müğənninin aşağı səviyyədə görməyi arzulayırlar?".

Sənət dostlarımla danışıram. Amma kim bədbindir ondan uzaqlaşıram".