“TANAP Türkdilli dövlətlərin six inteqrasiyasina zəmin yaradacaq“

11 İyul 2013 17:18 (UTC+04:00)
Bu mənada Türkiyə ilə Azərbaycan arasında imzalanmış Trans Anadolu Qaz Boru Kəməri-TANAP layihəsinin reallaşdırılması mühüm iqtisadi və siyasi hadisə idi". Bunu BayMedia-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçi ekspert Aydın Hüseynov bildirib. O qeyd edib ki, bu nəhəng layihəyə birbaşa Azərbaycanın təşəbbüs etməsi real mənzərədən xəbər verir. Aydın Hüseynov vurğulayıb ki, bu strateji əhəmiyyət daşıyan layihə region coğrafiyasının Azərbaycanın fonunda yenidən dəyişməsinin təzahürü sayılır. "İlk öncə onu qeyd etmək lazımdır ki, TANAP-dan əvvəl regionda trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb. TANAP isə əvvəlki sazişlərin məntiqi davamı, enerji marşrutlarının ana arteriyası hesab edilir. Eyni zamanda, TANAP "Cənub dəhlizi" enerji şəbəkəsinin ən mühüm komponentlərindən biridir. Bu layihə yeni dəhlizlərin də yaradılmasına geniş üfüqlər açır" deyən Aydın Hüseynov bir neçə onilliklər ərzində Avropaya enerji nəqlinə imkan verəcək TANAP layihəsinin strateji nəhəng kommunikasiya infrastrukturu olduğunu vurğulayıb. O, layihənin Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət, ən əsası isə Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji konsepsiyasını reallaşdıra biləcək, türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq prespektiv proqram olduğunu söyləyib. Ekspert vurğulayıb ki, Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan "TANAP" tarixi əhəmiyyət daşıyan bir layihədir.