Mesut Özil “Arsenal”ın rəhbərliyinə etiraz edib

21 Aprel 2020 10:00 (UTC+04:00)
London "Arsenal"ının üç oyunçusu koronavirus pandemiyasına görə maaşlarının azaldılmasından imtina edib. Goal.az-ln məlumatına görə, bu barədə "Mirror" xəbər verib. Qeyd edilir ki, imtina edənlərdən biri yarımmüdafiəçi Mesut Ozildir. O, komandada ən yüksək maaş alan oyunçudur. Futbolçu həftədə 350 min avro qazanır. Yarımmüdafiəçi klubun üzvlərindən onun qərarına hörmət etməyi xahiş edib. Futbolçu bildirib ki, koronavirusun maliyyə nəticələrini qiymətləndirmək üçün ona vaxt lazımdır. Xatırladaq ki, "Arsenal" futbolçuları dünən maaşlarının 12,5 faizinin azaldılmasına razılaşıblar. Razılaşma bu ilin aprelindən 2021-ci ilin martınadək müddəti əhatə edəcək.