Dünya bazarlarında təbii qaz ucuzlaşıb

21 Aprel 2020 10:25 (UTC+04:00)
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. "APA-Economics" xəbər verir ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,41% azalaraq 1,927 ABŞ dolları təşkil edib.