Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin ilk üçlüyünə daxil olub

21 Aprel 2020 15:13 (UTC+04:00)

Rusiyanın “TurStat” turizm portalı MDB ölkələrində səfər, onlayn-tur və virtual ekskursiya üçün ən yaxşı muzey və müasir incəsənət mərkəzlərinin reytinqini tərtib edib.

Trend-in məlumatına görə, Bakıda Heydər Əliyev Mərkəzi reytinqdə ilk üçlüyə daxil olub.

Üçlükdə həmçinin Minskdə Müasir İncəsənət Milli Mərkəzi və Nur-Sultanda Sülh və razılıq Sarayı (Piramida) yer alıb.

Reytinq virtual tur və ekskursiyalar üzrə muzeylərin populyarlıq göstəricilərinə uyğun tərtib edilib.