Kamil Zeynallı yardımlara 100 min manat xərcləyib

21 Aprel 2020 15:48 (UTC+04:00)

Koronavirusa görə xüsusi karantin rejimində çətin vəziyyətdə qalan insanlara yardımları ilə diqqət çəkən idmançı Kamil Zeynallı canlı yayımında qonaq olub.

Mövqe.az sfera.az-a istinadən xəbər verir ki, o, indiyə qədər 100 min manatlıq yardım etdiyini deyib.

Kamil Zeynallı bu işdə tək olmadığını, dostları və xeyirsevər insanların da ona dəstək olduğunu bildirib.