Gürcüstanın elektrik enerjisi tələbatının 54%-ni Azərbaycan ödəyib

21 Aprel 2020 17:08 (UTC+04:00)
Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 402,796 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Mövqe.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru"nun (ESCO) hesabatında bildirilib. Yanvar-martda qonşu ölkə ümumilikdə 744,18 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. Bu həcmin 54,3%-ni Azərbaycan təmin edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan aldığı elektrik enerjisinin həcmi 55,810 milyon kilovatt/saat və yaxud 12,1% azalıb.