İnternet operatoru qısa zamanda internetin verilişini bərpa edəcək

21 Aprel 2020 19:33 (UTC+04:00)
Bakıda bir sıra internet provayderləri abunəçilərə internet xidmətlərinin təqdim olunmasında çətinlik yaşayır. Bunu Trend-ə KATV1-in marketinq şöbəsinin rəhbəri Əli Əliyev deyib. Onun sözlərinə görə, internet trafikin verilməsində problemlər provayderlərin özündə yox, onlara trafiki təqdim edən operatorda yaranıb.