Prezident İlham Əliyev İsmayıllının icra başçısına töhmət elan edib

21 Aprel 2020 18:15 (UTC+04:00)
Prezident İlham Əliyev Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.