Azərbaycanın su ehtiyatları azalıb

21 Aprel 2020 21:18 (UTC+04:00)
Azərbaycana çaylar vasitəsilə daxil olan suyun həcmi azalıb. Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib. "2019-cu ildə daxil olan suyun həcmi 2018-ci ilə nisbətən 4 milyard kubmetr az olub. Məsələn, təkcə Samur çayı üzrə illik göstərici 1,8-2 milyard kubmetrdən 800 milyon kubmetrə düşüb. Bundan başqa, Azərbaycanın göllərinin tutumu 21 milyard kubmetr olsa da, son iki ildə bu rəqəm 10 milyard kubmetrə düşüb. Ümumiyyətlə, 5 ildir ki, quraqlığa görə su qıtlığı müşahidə edilir. Buna görə də, sudan səmərəli istifadə vacib məsələdir. Hazırda ölkədəki su ehtiyatlarının 70%-i suvarma işləri, qalan 30%-i isə məişət və su elektrik stansiyasılarında enerji əldə edilməsi üçün istifadə edilir. Bu üç istiqamətin bir-birilə uyğunlaşdırılması vacibdir" - deyə o, qeyd edib.