Heydər Əliyev Mərkəzi MDB-nin ən yaxşı müasir incəsənət muzeyləri sırasında

22 Aprel 2020 11:50 (UTC+04:00)

Rusiyanın turistik “TurStat” portalı Rusiya istisna olmaqla, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindəki ən yaxşı müasir incəsənət muzey və mərkəzlərinin reytinqini tərtib edib.

Mövqe.az “Sputnik”ə istinadən xəbər verir ki, siyahıda Bakıdakı Heydər Əliyev Mərkəzi də yer alıb.

Reytinq mədəniyyət obyektlərinin populyarlığının və onlar üzrə onlayn tur və virtual ekskursiya təkliflərinin araşdırılmasına əsaslanır.

“TurStat”ın tərtib etdiyi reytinqdə, müasir Bakının rəmzi olan Mərkəz ikinci yeri tutub. Minskdəki Belarus Milli Müasir İncəsənət Mərkəzi birinci, Nur-Sultandakı Sülh və Razılaşma Sarayı (Piramida) üçüncü olub.