Avtomobil velosipedçini vuraraq öldürdü

22 Aprel 2020 12:26 (UTC+04:00)

Ucarda velosipedçini avtomobil vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qarabörk kəndi ərazisində baş verib.

Ucar rayon sakininin idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkiram Soltan oğlu Quliyevi vurub. Zərərçəkən ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.