Göyçay səmasında UNO göründü - Video

22 Aprel 2020 15:40 (UTC+04:00)

Göyçay rayonunda səmada naməlum cisim görünüb.

Sözügedən cismin videosunu Kult.az-a təqdim edən rayon sakinləri bildiriblər ki, UNO bir neçə gün əvvəl də görünüb.

"Bir neçə gün əvvəl görünəndə qeydə almaq mümkün olmamışdı. Ötən gecə isə bu görüntüləri çəkməyə nail olduq", - sakinlər qeyd edib.

Onun Uçan Naməlum Obyekt (UNO) və ya başqa bir cisim olması bilinmsə də, sakinlər UNO olduğu qənaətindədirlər.