Olimpiya İdman Kompleksində ölüm hadisəsi baş verib

22 Aprel 2020 15:54 (UTC+04:00)

Qubada ölüm hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən Olimpiya İdman Kompleksinin ərazisində baş verib.

Belə ki, burada fəhlə işləyən Şabran şəhər sakini Eldar Hökmulla oğlu Hüseynov tikinti işləri zamanı ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.