Real Madrid-in oyunçusu İngiltərə yolunda

22 Aprel 2020 17:00 (UTC+04:00)

Borussia Dortmund-da çıxış edən Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, müqavilə ilə Real Madrid-ə məxsus olan futbolçuya bir neçə təklif var.

Məlumata görə, oyunçu Tottenham və Arsenal-ın maraq dairəsindədir. Dortmund təmsilçisi Hakimini buraxmaq niyyətində deyil. Ancaq müdafiəçinin mövsüm sonunda icarə vaxtı bitir.

21 yaşlı mərakeşli futbolçu İspaniyada oynamaq istəmir. Bunun üçün də oyunçunun gələn təkliflərə müsbət yanaşdığı bildirilir.