11 şəhər və rayonda məcburi köçkünlər üçün binalar tikilir

22 Aprel 2020 17:22 (UTC+04:00)

"Hazırda 11 şəhər və rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmərtəbəli binaların tikintisi davam etdirilir".

Mövqe.az-ın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq həmin binaların tikintisi vaxtında başa çatdırılacaq:

"Hazırda bu istiqamətdə işlər davam etdirilir".